
Şərhçi: Paşinyan hələ bir dönəm hakimiyyətdə qalacaq
Yusif Nəzərli
02:11 06.08.2025
Cənubi Qafqaz
358
Ermənilər Moskvaya “yox” dedi, Rusiyanın adamları seçkidə şanssızdır
Rusiya Ermənistanda gələn il parlament seçkisinə qədər Baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışır. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər hökumətinə təhdid saydığı qüvvələrə qarşı radikal addımlar atır, müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və iş adamlarını həbs edir. Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər. Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb. "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır. Qəzet, həmçinin qeyd edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, Ermənistanda Rusiyanın adamlarının birmənalı olaraq seçkidə qalib gəlmək şansları yoxdur. Onun fikrincə, bu, artıq danılması mümkün olmayan reallıqdır:

"Erməni toplumu Moskvanın təsirində olan istənilən siyasi personaya güvənmir. İstər keçmiş korrupsioner olsun, istər gənc biznesmen və ya Kilsə xadimi, ermənilər onlara artıq etimad etmir. Düzdür, Paşinyanın da reytinqi və siyasi vəziyyəti müsbət xarakterizə edilmir. Ancaq hazırkı rəqiblərinə münasibətdə seçkidə baş nazirin qalib gələcəyini indidən ehtimal etmək çətin deyil. Əlbəttə, Paşinyanın seçkiyə kimi devrilməsi mümkündür. Ancaq Rusiya əvvəlki ölkə deyil və regiondakı vəziyyətə ən azından təkbaşına müdaxilə imkanları çox məhduddur. Ukrayna ilə müharibə Rusiyanın qəti addım atmasına mane olur. Bir sözlə, rus təsirindən qurtulmaq istəyən ermənilər və Rusiyanı Qafqazdan sıxışdırmaq istəyən ABŞ və digərləri möhkəm dursalar, Paşinyan hələ bir dönəm hakimiyyətdə qalacaq. Əslində, bu təkcə İrəvan üçün deyil, bütün bölgə üçün də əhəmiyyətli məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət