Səfəryan: Qarşısıalınmaz proses başlayıb, Bakı bu hədəfinə çatacaq
Yusif Nəzərli
07:53 27.08.2025
Cənubi Qafqaz
405
“Azərbaycan və Ermənistan çoxdan gözlənilən sülhə çox yaxındır”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Aram Səfəryan deyib.
la Cənubi Qafqaz regionunda baş verən dinamik dəyişikliklər və onların müasir geosiyasətdəki əhəmiyyəti barədə danışıb.
“Düşmənçiliyə son qoymaq və dövlətlərarası münasibətlər qurmaq üçün saziş bağlamağa çox yaxınıq. Hələ də iki ölkə arasında münasibətlərin tam normallaşmasından bir qədər uzağıq, amma yaxalanan tendensiya davam edərsə və müxtəlif dünya güc və təsir mərkəzlərinin ciddi müqavimətinə rast gəlməzsə, o zaman əminliklə deyə bilərik ki, çoxdan gözlənilən sülh gələcək”, - ekspert qeyd edib.
Zəngəzur dəhlizinə nəzarətə gəlincə, Səfəryan bildirib:
“İranla sərhədimizin Mehri hissəsindən keçən bu beynəlxalq nəqliyyat dəhlizi, görünür, Amerikanın özəl hərbiləşdirilmiş şirkəti tərəfindən idarə olunacaq. Amerikanın bölgədə yerləşməsi regionumuzun geosiyasətində yeni, mühüm elementdir”.
Erməni analitik vurğulayıb ki, dəhlizin açılması ilə Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaq məqsədinə çatacaq.
Səfəryanın sözlərinə görə, Rusiya dəhlizlə bağlı razılaşmaya ona görə etməyib ki, Putin və Tramp arasında mövcud dialoq qlobal və regional siyasi atmosferin yaxşılaşmasına ümidlər yaradır:
“İrana gəlincə, Pezeşkian Ermənistana səfərindən sonra Putinlə telefon danışığında Paşinyandan bu layihənin həyata keçirilməsində Tehranın maraqlarının nəzərə alınacağına dair təminat aldığını açıq şəkildə bildirib. Görünən budur ki, regionumuzdakı bütün oyunçular Vaşinqton razılaşmalarını nəzərə alıblar”.
Səfəryanın iddiasına görə, Ermənistan cəmiyyətinin əksəriyyəti müharibənin əleyhinədir, sülh tərəfdarıdır:
“Bu da proseslərə qarşı çıxan Ermənistan müxalifətinin əl-qolunu bağlayır. Azərbaycanla münaqişənin həlli, eləcə də Türkiyə ilə diplomatik münasibətlərin qurulması bugünkü Ermənistan müxalifətinin qarşısını ala bilmədiyi proseslərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb
14:44 27.10.2026
Sağlamlıq
Azərbaycanın milli birliyi dövlətimizin ən böyük gücüdür - ŞƏRH
14:41 27.10.2026
Gündəm
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
14:14 27.10.2026
Gündəm
ADSEA: Növbəti illərdə Qarabağ və Baş Muğan kanalları tikiləcək
13:41 27.10.2026
Sosial
Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu
13:28 27.10.2026
Futbol
Türkiyə ABŞ və Fransanın Qara dənizə hərbi keçidinə icazə vermədi
12:51 27.10.2026
Dünya
Sabaha olan hava proqnozu açıqlandı
12:41 27.10.2026
Ekologiya
Mirzoyan: Ermənistanın Aİİ-dən çıxarılması üçün hüquqi əsas yoxdur
12:40 27.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
12:32 27.10.2026
Gündəm
Torpaqların alınması ilə bağlı yeni qaydalar müəyyənləşir
12:28 27.10.2026
İnfrastruktur
Rusiya Çubaysın 20 milyardını əlindən alır
11:57 27.10.2026
Dünya
Bakıda yeni park salınır - Foto
11:49 27.10.2026
Sosial
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
10:55 27.10.2026
Dünya
Tramp İranla razılaşmadan imtina etdi
10:43 27.10.2026
Dünya