Azərbaycanın Ermənistanla güc müstəvisində çəkişməsi mümkün haldır -Analitik
13:17 24.01.2025
Cənubi Qafqaz
554
Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanla genişmiqyaslı müharibə iddialarında həqiqət payının az olduğu fikrini irəli sürsə də, erməni ictimai-siyasi müstəvisində belə müzakirələr səngimir. Sərhəddə yeni eskalasiyanın baş verə biləcəyi iddiasını dəstəkləyənlərdən biri də erməni politoloq Sergey Melkonyandır. Melkonyan iddia edir ki, eskalasiya Mehridən başlayaraq, Cermuka (İstisu-red) qədər üç fərqli istiqamətdə ola bilər. Erməni politoloq iddia edib ki, bu proses üç fərqli ssenari üzrə baş verə bilər. Birincisi, İran ətrafında eskalasiyanın yaranmasıdır. İkincisi, ABŞ və Rusiya arasındakı gərginlikdir.
Üçüncüsü, Bakının Qərbi Azərbaycan istəyinin icrasının gündəmə gəlməsidir. Fərqli istiqamətlər də nəzərdən qaçmamalıdır, misal üçün, Sevan (Göyçə-red), yaxud Yerasx (Arazdəyən-red). Bu prosesdə Tiqranaşenin (Kərki-red) Azərbaycana təhvil verilməsi ilə üzləşə bilərik. Hesab edirəm ki, bu ssenarilərdə Ermənistan hökuməti Azərbaycanın bütün tələblərini icra edəcək, o cümlədən, azərbaycanlıların geri qayıtması və icma yaratmasına da razı olacaq.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Genişmiqyaslı eskalasiya olmayacaq və bunu gözləmirik:
“Amma Sergey Melkonyanın fikirlərinə Ermənistan hakimiyyəti ögey yanaşmamalıdır. Erməni politoloq düzgün təhlil aparıb və o, daha uzaqgörən adama bənzəyir. Yəni Melkonyan başa düşür ki, gec-tez Azərbaycan bütün istəklərinə nail olacaq. Fikrimcə, Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyətinin başında duranlar sözügedən məsələləri diqqətə alsalar, bütün məsələlər kökündən uzunmüddətli şəkildə həll oluna bilər. Azərbaycan haqlı və ədalətli tələblər irəli sürür. Həmin tələblər dinc yolla həllini gözləyir, lakin lazım olduğunda güc yoluyla həll olunması da istisna olunmur. Çünki 30 ildən çox müddət ərzində ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladılar. Belə olan halda Azərbaycanın ermənilərlə bağlı acı təcrübəsi mövcuddur ki, onlarla heç nəyi dinc yolla həll etmək mümkün deyil. Azərbaycan öz torpaqlarını ermənilərin təxribatlarına qarşı güc tətbiq edərək geri qaytardı. Ortaya qoyula məsələlər fonunda da Azərbaycanın Ermənistanla güc müstəvisində çəkişməsi mümkün haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm