Ermənistan katolikos seçkilərinə gedir
08:40 11.06.2025
Cənubi Qafqaz
390
“Baş nazir Nikol Paşinyan bəyan edib ki, müəyyən funksiyaları yerinə yetirəcək işçi qrupu yaradılır. Həmin qrupun işi müstəsna olaraq Ermənistan Konstitusiyası və qüvvədə olan qanunlar çərçivəsində olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin yeni katolikos seçkilərinin gündəliyinin təşkilati məsələləri üzrə koordinasiya şurasının formalaşdırılması təklifinə istinadla dini işlər naziri Davit Xudatyan deyib.
N.Paşinyanın təklifinin konstitusiyaya zidd olub-olmaması ilə bağlı suala nazir cavab verib ki, onların son 7 ildəki bütün fəaliyyətləri qanunvericilik və Ermənistan Konstitusiyası çərçivəsində olub.
D.Xudatyan vurğulayıb ki, koordinasiya şurası öz gündəliyini formalaşdırana qədər əlavə söz deyə bilməz.
Ermənistanın dini işlər naziri şuraya ruhanilərin də daxil olmasını istisna etməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya