Senaki və Çxorotsku metropoliti Şionun Bütün Gürcüstanın Katolikos-Patriarxı vəzifəsinə təyin edilməsini Müqəddəs Sinod təsdiqləyib.
Axar xəbər verir ki, bu barədə Patriarxlıqda keçirilən brifinqdə Tao-Klarjeti metropoliti Teodor məlumat verib.
Müqəddəs Şio çıxışında Müqəddəs Sinodun üzvlərinə başsağlığı verib, Patriarx II İliyanın xalqa və kilsəyə uzun illər xidmət etdiyini vurğulayıb.