Müxalifətin iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbəsi onun döyüşkən ritorikasına görə müharibəyə gətirib çıxara bilər.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin Baş naziri Nikol Paşinyanın müxalifət qüvvələrinin hakimiyyətə gələcəyi təqdirdə mümkün eskalasiya ilə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, söhbət müxalifət siyasətçilərinin açıq bəyanatlarından gedir: "Məgər bu aşkar deyil? Müxalifətin əsas hissəsinin bəyanatları qonşu ölkələrə qarşı ərazi iddialarının olması ilə bağlıdır, bu isə birbaşa müharibəni nəzərdə tutur".
"Qarabağ hərəkatı"nı hansı qüvvələr irəli sürməyə çalışır?" sualını cavablandıran nazir bildirib ki, söhbət, demək olar ki, bütün müxalifət qruplarından gedir.
"Aydındır ki, onların döyüşkən mövqeyi müharibəyə gətirib çıxaracaq", - o vurğulayıb.