Peskov: Putin Makronla Azərbaycan barədə danışmayıb

“Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığında Moskva ilə Bakı arasındakı son hadisələri gündəmə gətirməyiblər”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Makronla söhbətdə Rusiya-Azərbaycan münasibətləri ilə bağlı mövzuların qaldırılıb-qaldırılmaması ilə bağlı suala Kremlin nümayəndəsi “Xeyr, qaldırılmayıb” cavabını verib.
Xatırladaq ki, Rusiya və Fransa prezidentləri arasında telefon danışığı iyulun 1-də olub.