
Politoloq: Gürcüstandakı aksiya İrəvan-Tbilisi münasibətlərinə böyük təsir edə bilər
12:55 10.06.2025
Cənubi Qafqaz
417
Sahil Kərimli: Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib
Proseslər isə Rusiya və digər dairələr tərəfindən idarə edilir
İyunun 12-də Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında “Erməni Apostol Kilsəsindən uzaq olun!” şüarı altında etiraz aksiyası keçiriləcək.
Bu barədə Gürcüstandakı erməni icması məlumat yayıb.
Aksiyanın təşkilatçıları bildiriblər ki, tədbirin məqsədi Erməni Apostol Kilsəsinə dəstək ifadə etmək və milli-mənəvi dəyərləri qorumaqdır. İştirakçılar Ermənistanda mövcud hakimiyyətin kilsəyə qarşı ardıcıl və məqsədli hücumlar həyata keçirdiyini iddia edir və bu fəaliyyəti “antimilli” adlandırırlar.
İcmanın yaydığı məlumatda vurğulanır ki, Erməni Apostol Kilsəsi erməni xalqının milli kimliyinin, tarixi yaddaşının və mənəvi birliyinin əsas dayağı kimi qəbul olunur.
Təşkilatçılar Gürcüstanda yaşayan həmvətənlərini iyunun 12-də saat 16:30-da keçiriləcək nümayişdə fəal iştirak etməyə, kilsəyə və milli ruhani irsə sahib çıxmağa çağırıblar.
Politoloq Sahil Kərimli Sherg.az-a bildirib ki, ümumiyyətlə son günlərdə Ermənistanda çox ciddi proseslər baş verir:

"Nikol Paşinyanla kilsə arasında gərginliyin artması ölkədə vəziyyətin yaxşı olmamasının göstəricisidir. Təbiidir ki, bu gün kilsə və Ermənistan Baş nazirinin münasibətlərindəki iğtişaşın bir çox səbəbləri var. Bu, xaricdən hesablanaraq həyata keçirilmiş planın bir hissəsidir. Hazırda Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib. Proseslər isə Rusiya və digər dairələr tərəfindən idarə edilir. Eyni zamanda Gürcüstanda keçiriləcək etiraz aksiyası İrəvan-Tbilisi münasibətlərinə böyük təsir edə bilər. Üstəlik, bu kilsə ilə Nikol Paşinyan arasındakı gərginliyi daha da artıracaq. Amma görünən odur ki, Paşinyan kilsə bu məsələlərdə heç bir real nəticə əldə edə bilməyəcək. Ümumiyyətlə Ermənistanda din xadimlərinin nüfuzu yox səviyyəsindədir. Xüsusilə də Ermənistanın Böyük Vətən müharibəsindəki sarsıdıcı məğlubiyyətindən sonra ölkədə kilsənin və din xadimləri ciddi söz sahibi olmadı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya