
Politoloq: Kavelaşvili ölkəsinin Rusiya və Çinlə yaxınlaşmaq, Qərbə məsafə qoymaq planını nümayiş etdirir
13:10 18.02.2025
Cənubi Qafqaz
471
Gürcüstan Prezidenti ölkənin daxili və xarici siyasət vəziyyətini həm keçmiş partnyorlarına, həm də gürcü xalqına izah etməlidir
ABŞ-ın yeni administrasiyasının Gürcüstana qarşı ədalətsiz münasibəti dəyişəcəyinə, Trampın gəlişinin Aİ-Gürcüstan münasibətlərinə öz təsirini göstərəcəyinə ümid edirik.
Bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Fransa radiosuna müsahibəsində deyib.
“Ümid edirik ki, onun gəlişi Aİ-nin Gürcüstanla münasibətlərinə təsir göstərəcək. Bəzi liberal liderlərin indi Trampa necə uyğunlaşmağa çalışması gülməlidir. Gürcüstana bu təzyiqlər Ukraynada müharibə başlayandan sonra başlayıb. Gürcü xalqı öz müdrikliyi ilə sülhü qorumaq üçün seçdiyimiz bu yolda bizə dəstək oldu. Bu gün bizim mövqeyimiz aydındır: Ukraynada bu müharibə bitməlidir. Biz müharibədən əvvəl də deyirdik ki, bu, ölkə üçün dağıdıcı müharibə olacaq və onu dayandırmaq lazımdır. Bu gün Tramp da eyni sözləri deyir, amma biz bunu onun mövqeyini bölüşmək üçün yox, müharibənin ilk günündən bəyan edirik. Bizi sanksiyalara qoşulmağa, könüllülər göndərməyə və müharibəni dəstəkləməyə çağırdılar, baxmayaraq ki, biz nə NATO-nun, nə də Avropa Birliyinin üzvüyük. Ərazimizin 20 faizi işğal olunub. Bizi vədlərlə nüvə ölkəsinin qarşısında tək qoymuşdular. Gənc Avropapərəstlər Rusiyaya qarşı müharibəyə çağırırdılar. Tarix bir gün qəbul edəcək ki, biz Gürcüstanı xilas etmişik”, - Kavelaşvili bildirib.
Politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, Gürcüstan Prezidentinin fikirlərində 2008-ci il müharibəsi zamanı Saakaşvilinin səhvlərinə işarə edilir:

"Həmin vaxt Rusiyanın yenidən Gürcüstana daxil olmasına, Abxaziya və Cənubi Asetiyanı birbaşa ilhaq etməsinə aparan prosesə start verdi. Eyni zamanda Saakaşvili bununla bəlkə də öz hakimiyyətinin sonunu gətirdi. Yəni müharibə faktlarının açılması, problemlərin üzə çıxmasından sonra Qərbin onu müdafiə etməməsi Rusiyanın hətta Tiflisə qədər irəliləməsi ilə nəticələndi. Kavelaşvili demək istəyir ki, biz bu səhvləri təkrarlamadıq. Həmçinin davam etdirsəydik, yenə də nüvə dövləti olan Rusiya ilə təkbətək qala bilərdik. Çünki Qərb bizi qorumayacaqdı. Necə ki hazırda Ukraynanı qeyri-tam müdafiə edir. Digər tərəfdən Gürcüstan Prezidenti ölkəsinin yeni siyasi konturlarını, yəni, Rusiya və Çinlə yaxınlaşmaq, Qərbə məsafə qoymaq planını göstərir".
Politoloq vurğulayıb ki, artıq Rusiya-Gürcüstan münaqişəsi keçmişdə qalıb. Hazırda bunun təkrarlanması ehtimalı azdır:
"Buna görə də Gürcüstan hakimiyyətinin Rusiya ilə yaxınlaşması ölkənin ərazi bütövlüyü problemini həll etmir. Kremlin nə Cənubi Asetiyanı, nə də Abxaziyanı Gürcüstana qaytarmaq fikri yoxdur. Həmçinin bu gün Rusiya elə bir siyasi-iqtisadi, mənəvi və maliyyə vəziyyətində deyil ki, bu ölkəyə hücum edəcəyi real görünsün. Ümumiyyətlə Kavelaşvilinin söylədiklərini həqiqət hesab etmək olar. O, ölkənin daxili və xarici siyasət vəziyyətini həm keçmiş partnyorlarına, həm də gürcü xalqına izah etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
İrəvanda Türkiyə bayrağı yandırılıb - Paşinyandan reaksiya
22:59 23.04.2026
Cənubi Qafqaz
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm