Ermənistanda yeni Konstitusiya ətrafında başlayan müzakirələr regionda sülh prosesi fonunda xüsusi diqqət çəkir. Baş nazir Nikol Paşinyan ölkənin əsas qanununda Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasının zəruri olduğunu bildirərək bunun “münaqişə məntiqi” üzərində qurulduğunu qeyd edib. Paşinyanın bu açıqlaması həm Ermənistan daxilində, həm də regionda davam edən Qarabağ münaqişəsinin siyasi-hüquqi nəticələri baxımından yeni müzakirələr yaradıb. Xüsusilə də sənəddə Azərbaycan və Türkiyə ilə bağlı iddiaların yer alması səbəbindən məsələ sülh danışıqlarının gələcəyi üçün mühüm amil kimi qiymətləndirilir.
Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, Ermənistanda Konstitusiyaya dəyişiklik məsələsinin müzakirəyə çıxarılması yeni deyil:

"Hələ 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan ölkənin əsas qanununda müəyyən dəyişikliklərin vacibliyini qeyd etmişdi. Lakin bu məsələ xüsusilə 2020-ci il müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda daha da aktuallaşıb. Azərbaycan Ermənistana beş maddədən ibarət sülh təklifləri təqdim edib və bu təkliflər ətrafında müzakirələr aparılıb. Həmin əsas tələblərdən biri də Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı yer alan ərazi iddialarının aradan qaldırılmasıdır. Azərbaycan hesab edir ki, Konstitusiyada bu iddiaların qalması münaqişə məntiqinin davam etməsi deməkdir. Ermənistan hakimiyyəti də yaxşı anlayır ki, Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın qalması və dolayısı ilə əPaşinyanın Konstitusiyada dəyişikliklərlə bağlı addımı müəyyən mənada məntiqli hesab olunur.. Bu isə regionda gərginliyin davam etməsi və yeni risklərin yaranması deməkdir. Bu baxımdan Paşinyanın Konstitusiyada dəyişikliklərlə bağlı addımı müəyyən mənada məntiqli hesab olunur. Əgər Ermənistan regionda sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyirsə, qonşularına, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli və bunun əks olunduğu hüquqi sənədlərdə müvafiq dəyişikliklər etməlidir".