Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Türkiyə şirkətinin “Tramp yolu” (və ya Zəngəzur dəhlizi) layihəsində iştirakının mümkünlüyünü şərh edib.
“Tərəflər qərar verməlidir. Əlbəttə, hər bir tərəfin özünəməxsus yanaşması var. Hər şey məsləhətləşmələr yolu ilə həll olunacaq”, - nazir müavini Ermənistanın Türkiyə şirkətini cəlb etməkdən imtina edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Səfəryanın sözlərinə görə, bütün qərarlar və şirkət seçimləri tərəflərin maraqlarına uyğun olmalıdır, amma bunun üçün ilk növbədə Ermənistan-ABŞ şirkəti yaradılmalıdır: “Hazırda məhz bu məsələ ilə bağlı fəal müzakirələr gedir”.