“Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyətinin sədri, vitse-spiker Nino Tsilosani “Rustavi 2” telekanalına açıqlamasında deyib.
O, hər iki ölkənin nəqliyyat-logistika əlaqlərini möhkəmləndirən güclü regional oyunçular qismində çıxış etdiyini, Orta Dəhliz layihəsinin qarşılıqlı əməkdaşlıq sayəsində reallaşdırıldığını bildirib.
Vitse-spiker Azərbaycanın Gürcüstana göstərdiyi siyasi dəstəyin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu kontekstdə rəsmi Bakının Gürcüstanın işğal altında olan Tsxinvali bölgəsində bu yaxınlarda keçirilən “prezident seçkiləri”ni qınamasını yüksək qiymətləndirib.