“Hazırda dünyanın diqqəti paytaxt Bakıda və ölkəmizdədir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev COP29-un ölkəmizə faydalarından danışarkən deyib.
O bildirib ki, COP29 dünyaca əhəmiyyətli bir platformadır:
“Xüsusilə də planetar səviyyədə iqlim, nüvə problemləri, ozan qatının dəlinməsi, ekoloji, iqtisadi, siyasi məsələlərin müzakirə olunduğu geniş tədbirdir. Dünya sənayesi getdikcə inkişaf edir və yeni trendlərdən asılı olaraq dəyişimə uğrayır. Bu isə yeni problemləri özüylə gətirir. Həmin problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq belə görüşlərin keçirilməsinə ehtiyac var. Bakıda keçirilən COP29 tədbiri digərləriylə müqayisədə yeniliklərlər yadda qala bilər. Azərbaycan indiyə qədər digər təşkilatlara sədirliyi etdiyi müddətdə də kifayət qədər mühim təkliflər irəli sürüb. Məsələn, Qoşulmama Hərəkatına (QH) sədirliyimiz dövründə Azərbaycan çox effektiv tədbirlər təklif etmişdi. Hesab edirəm ki, COP29 çərçivəsində də Azərbaycan başlıca qlobal problemlərlə bağlı təkliflərini verəcək və məsələlərin maksimum dərəcədə dünya ictimaiyyətinə çatdırılmasına çalışacaq”.
Ekspert qeyd edib ki, COP29 fürsətlərlə dolu bir plaftorma olacaq:
“Ölkəmizin prestijinin dünyaya tanınması baxımından da COP29 çox önəmlidir. Müxtəlif ölkələrin prezidentləri, hökümət rəhbərləri, parlament nümayəndələri və media qurumlarının təmsilçiləri ölkəmizdə olacaq. Onların ölkəmizlə bağlı rəyləri fonunda xaricdə erməni diasporuna və kilsənin qarayaxma kampaniyasına qarşı effektiv mübarizə əldə edə bilərik. Qeyd etmək lazımdır ki, Azərbaycan Qarabağın bərpa məsələsində də yeni trendlər əsasında ağıllı kəndlər ərsəyə gətirir, günəş enerjisinin daha geniş areala sahib olunmasına çalışılır”.