COP29 Sədrliyinin irəli sürdüyü Üzvi Tullantılardan Metan Qazının Azaldılması (ROW) haqqında Bəyannamə metan emissiyalarını azaltmaq üçün təcili tədbirlərin görüldüyü dövrdə və 1,5 dərəcə hədəfinə çatmaq üçün çox vacibdir.
"Sherg.az" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.
"BƏƏ bu bəyannaməni dəstəkləməkdən qürur duyur, çünki iqlim dəyişikliyi ilə mübarizədə tullantı sektorundan emissiyaların azaldılması çox vacibdir. Biz bu onillikdə poliqonlardakı tullantıları 80 % azaltmağı hədəfləyirik. Bu, öz növbəsində tullantı sektorunda emissiyaların 37 % azalmasına gətirib çıxaracaq. Bu məqsədi dəstəkləmək üçün biz təkrar emal müəssisələrini və tullantıların təkrar emalını idarə etmək üçün hərtərəfli milli qaydalar tətbiq edəcəyik", - A. Balalaa bildirib.