Biz kənd təsərrüfatında suyun yenidən istifadəsində dünya lideriyik. Suvarma üçün yeni texnologiyalar tətbiq edirik.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən "İqlim, Təbiət və İnsanlar üçün Su Həyat Xəttinin Təbliği" yüksək səviyyəli açılış tədbirində çıxışı zamanı İsrail Meteorologiya Xidmətinin baş direktoru Əmir Givati deyib.
O bildirib ki, İsrail onilliklərdir su qıtlığı ilə üzləşir. Yağıntı az düşür, ya da qısa müddətdə böyük həcmdə yağıntı olur. Buna görə də iqlim dəyişikliyinin təsirləri nəzərə alınmalıdır. İsrail bunun üçün həll yolları təklif edir: “İçməli suyun əksəriyyətini Aralıq dənizindən suyun duzsuzlaşdırılması yolu ilə əldə edirik. İsrail bu bilik və texnologiyanı qonşu və digər ölkələrlə paylaşmağa hazırdır”.