
Analitik: ABŞ və Rusiya Ukrayna üzərindən ortaq maraqlar axtarır
09:35 13.10.2025
Dünya
258
Trampın ‘Tomahawk’ mesajı Moskvaya təzyiq kampaniyasının tərkib hissəsidir
ABŞ və Rusiya güzəşt masasına maksimum dividentlə getməyə çalışır
Aqşin Kərimov: “Ukraynanın arxa cəbhəyə zərbələri vəziyyəti köklü şəkildə dəyişməyə bilər”
Donald Tramp ABŞ-ın hansı şərtlərlə Ukraynanı “Tomahawk” raketləri ilə təmin edə biləcəyini açıqlayıb.
Tramp Ukraynadakı münaqişə həll olunmazsa, Moskvaya ABŞ-ın Kiyevi “Tomahawk” raketləri ilə təmin edə biləcəyini söyləyəcək.
“Mən deyə bilərəm ki, “Bax, əgər bu müharibəni həll etmək mümkün olmasa, mən onlara “Tomahawk” raketləri göndərəcəm”, – o bildirib.
O həmçinin Vladimir Putinlə Ukraynaya “Tomahawk” raketlərinin mümkün tədarükü məsələsini müzakirə edə biləcəyini də bildirib.
“Mən onunla [Putin – red.] danışa bilərəm”, – Tramp əlavə edib.
Eyni zamanda ABŞ Prezidenti bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Ukrayna ilə münaqişəni həll etməsə, bu onun üçün pis başa çatacaq.
Ağ Ev rəhbəri hesab edir ki, Rusiya Prezidenti gərgin vəziyyəti həll edə bilsəydi, əla görünərdi.
"Düşünürəm ki, o, bunu həll edəcək. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər həll etmsə, bu onun üçün pis başa çatacaq", - Tramp deyib.
ABŞ Prezidenti, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə "Tomahawk" raketlərinin Kiyevə verilməsi imkanlarını güman edir. Trampın sözlərinə görə, o, Putinlə bu mövzuda danışa bilər.
Politoloq Aqşin Kərimov Sherg.az-a deyib ki, ABŞ və Rusiya liderləri bir-birlərinin lehinə işləmək üçün paralel səylərini davam etdirirlər:

"Bununla belə, ABŞ və Rusiya heç bir halda biri digərinə əhəmiyyətli güzəştə hazır deyil. Çünki Ukraynadakı müharibənin necə həll ediləcəyinə dair yanaşmalar, üstəlik ABŞ ilə Rusiya arasında fundamental strateji rəqabət mürəkkəb məsələlərin genişliyini ortaya qoyur. İndi ABŞ və Rusiyanın əsas hədəfi Ukraynadakı müharibə üzərindən ortaq maraqlar axtarmaqdır. Razılıq əldə edilsə, bu, sonrakı mərhələdə geosiyasi bölgüyə təsir göstərəcək. Ağ Evlə Kreml gələcəkdə daha çox güzəşt qoparmaq üçün danışıqlar masasına maksimal dividentlə getməyi vacib hesab edirlər. ABŞ kəşfiyyatının Ukraynaya məlumat ötürməsini bərpa edərək onu gücləndirməsi Moskvaya qarşı təzyiq kampaniyasında effektivlik əldə etməyə hesablanıb. “Tomohawk” raketlərinin Ukraynaya ixracı məsələsi də eyni məntiqə əsaslanır. Rusiya isə ABŞ-ni Ukraynaya dəstəkdən çəkindirmək üçün ritorik kampaniyasını davam etdirir. Ehtimalla, Ukrayna Rusiyanın arxa cəbhə dərinliklərinə zərbə endirsə, Moskva bunun nəticələrindən əziyyət çəkəcək. Lakin Ukraynanın bu kampaniyası Ukrayna ərazilərindəki cəbhə xəttində vəziyyəti köklü şəkildə dəyişməyə bilər".
Analitik əlavə edib ki, Rusiya hazırda Ukraynadakı təmas xətlərinin dəyişilməyəcəyini diqqətə çatdıraraq ABŞ-ni Kiyev üçün etdiyi yardımlarda nəticə almayacağına inandırmaq istəyir:
"Rusiyanın Ukraynada çox sürətli olmasa da irəliləyişləri qeydə alınır. Həmçinin Kreml indi hərbi diqqəti Donetski tam tutduqdan sonra Xarkov və Sumı vilayətləri üzrə yönəltməyi prioritetləşdirir. Bunlar nəzərə alınsa, ABŞ-nin Ukraynaya hərbi yardım paketlərinin perspektivi dumanlı görünür. Həm də ona görə ki, Donad Trampın özü də Ukrayna mövzusunda birmənalı mövqedə deyil".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm