İran ABŞ və İsrailə gözdağı verdi: “Növbəti müharibə sürprizlər savaşı olacaq”

İranlı təhlükəsizlik rəsmisi ABŞ və İsraillə mümkün yeni müharibənin gözlənilməz addımlarla müşayiət olunacağını bildirib.

Sherg.az xəbər verir ki, adının açıqlanmasını istəməyən iranlı rəsmi ölkə mətbuatına açıqlamasında Tehranın hədəf siyahısını genişləndirdiyini deyib.

Onun sözlərinə görə, ABŞ və İsrailin iqtisadi yatırımları, aktivləri və ağıllı infrastruktur sistemləri də İranın potensial hədəfləri sırasına daxil ediləcək.

Rəsmi qeyd edib ki, mümkün hücumların təsiri Hörmüz boğazı və enerji böhranı ilə məhdudlaşmayacaq, qlobal miqyasda hiss olunacaq. O, növbəti müharibənin uzun sürəcəyini və İranın proqnozlaşdırılması çətin olan addımlar atacağını iddia edib.