Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin Danimarkanı ABŞ kəşfiyyatının maraqları naminə öz ərazisindən keçən beynəlxalq internet trafikini ələ keçirməkdə ittiham edib.
Sherg.az xəbər verir ki, diplomat TASS-a müsahibəsində Danimarkanın kiberməkandakı fəaliyyətini təxribatçı və aqressiv adlandırıb. O, həmçinin Kopenhagenin Ukrayna hakerlərinin Danimarka infrastrukturundan istifadəsi ilə bağlı Rusiyanın sorğularına cavab vermədiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya XİN nümayəndəsi Mariya Zaxarova da Ukraynanın Rusiyaya qarşı kiberhücumlar üçün Danimarka ərazisindən istifadə etdiyini iddia etmişdi.