Orta qulaq iltihabı xüsusilə körpələrdə və azyaşlı uşaqlarda soyuqdəymə və digər yuxarı tənəffüs yolları infeksiyalarından sonra yarana bilər.
Sherg.az xəbər verir ki, qulaq pərdəsinin arxasında yerləşən orta qulaqda iltihab və maye toplanması ilə müşayiət olunan bu xəstəlik uşaqlarda ağrıya səbəb olur.
Xəstəliyin əsas səbəbləri:
- Evstaxi borusunun uşaqlarda hələ tam inkişaf etməməsi;
- Soyuqdəymə və qrip kimi infeksiyalar;
- Burun-udlaq ətinin böyüməsi;
- Allergiyalar və kollektiv mühitdə infeksiyalara yoluxma.
Əsas əlamətləri:
- Qulaq ağrısı;
- Qızdırma;
- Narahatlıq və yuxu pozuntusu;
- Eşitmənin zəifləməsi;
- Qulaqdan maye axması;
- İştahasızlıq.
Müalicə necə aparılır?
Müalicə uşağın yaşından və xəstəliyin ağırlığından asılıdır. Hər halda antibiotik tələb olunmur. Bəzi hallarda həkim nəzarəti və ağrıkəsicilər kifayət edə bilər. Zəruri olduqda antibiotik müalicəsi tətbiq edilir.
Həkimlər valideynlərə uşağın qulağına zeytun yağı, bitki qarışıqları və ya evdə hazırlanmış digər mayelər damızdırmamağı tövsiyə edirlər. Körpələrin isə yuxu zamanı yastıqsız, düz və sərt səthdə arxası üstə uzadılması vacibdir.