Türkiyədə kiçik Aylan Kurdinin ölümüylə əlaqədar film çəkilib.
«Sherg.az» «Lefigaro.fr»ə istinadən xəbər verir ki, Steven Siql tərəfindən hazırlanan film bu balaca suriyalının ailəsi ilə razılaşdırılmayıb.
Uşağın ailəsi və yaxınları bu filmə icazə vermədiyini bəyan edirlər. Onun xalası Tima Kürdi televiziya kanallarından birinə açıqlamasında bunları diqqətə çatdırıb:
O kadrlara baxdıqca ürəyim parçalanır. Bu qəbuledilməz və barışılmazdır. Bu filmin çəkilməsi ilə bağlı heç kəs bizdən icazə istəməyib. Onun atası Abdullah Kürdi İrakda yaşayır. O göz yaşına boğulmuş vəziyyətdə mənimlə əlaqə saxladı. Bu filmin ona çox dərin sarsıntı yaşatdığını söylədi. Bildirdi ki, Aylan Kürdinin hələ də ölmədiyini və onun dünyaya yenidən qayıdacağını düşünür ».
Qeyd edək ki, bu hadisə 2015-ci ildə baş verib və bütün dünyanı məyus edib. 3 yaşlı Aylan Kürdi Suriyadan qaçarkən valideynlərindən uzq düşür. Balaca suriyalının nəşi Türkiyədə çimərliyin sahilində türk polisi tərəfindən tapılır. Bu hadisə 2015-ci il Avropa miqrasiya böhranına faciəvi bir simvol kimi düşüb.