Terror təşkilatı PKK-nın sözdə başqanlıq və idarəetmə məclisinin üzvlərindən olan Diyar Qərib Məhəmməd, Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyatı ilə məhv edilib.
Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, MİT və Silahlı Qüvvələr əməliyyatı 27 iyun Qəndilin Kortek Virajları bölgəsində həyata keçirib. Bu əməiyyat zamanı Diyar Qərib Məhəmməd zərərsizləşdirilib.
Əməliyyat PKK-nın sözdə “ana qərargahı”nın yerləşdiyi Qəndildə ilk dəfə yüksək rütbəli terrorçunun zərərsizləşdirilməsi ilə diqqət çəkib. “Halmat Diyar” kod adlı, 1973-cü ildə İraqın Süleymaniyyə bölgəsində doğulan Diyar Qərib 1992-ci ildə qoşulduğu terror təşkilatı PKK-nın “Başqanlıq Məclisi”nin 7 üzvündən biri idi.