İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,6 ton narkotik aşkarlanıb. Trend bildirir ki, bunu İranın Simnan vilayəti hüquq-mühafizə orqanının polis rəisi polkovnik Abdulla Həsəni polis informasiya agentliyinə açıqlamasında deyib.
A.Həsəninin sözlərinə görə, məlumatlar əsasında narkotik qaçaqçıları böyük bir narkotik yükü İranın mərkəzinə nəql etməyə çalışıblar.
Həsəni əlavə edib ki, bununla əlaqədar Simnan və Sistan və Bəluçestan vilayəti polis əməkdaşları birgə əməliyyat keçirib.
Həsəni İranın Pakistanla sərhəd rayonunda Səravanda narkotik qaçaqmalçıları ilə silahlı insidentin baş verdiyini deyib.
Polis rəisi bildirib ki, qaçaqmalçılar gecənin qaranlığından istifadə edərək Pakistana qaçıblar.
"Toyota markalı avtomobildə 1,58 ton tiryək, 18 kq heroin, 1 ədəd Kalaşnikov markalı avtomat və müəyyən qədər sursat aşkarlanıb" - deyə o qeyd edib.