İranda Qurban bayramı ərəfəsində qoyun əti bahalaşıb


Hər il Qurban bayramı ərəfəsində İran bazarında qoyun ətinin qiyməti bahalaşır.

Trend xəbər verir ki, bunu İranın Qoyun Əti İstehsalçıları Birliyinin (Iran Sheepmeat Union) sədri Əli Əsğər Məleki bildirib.

Ə.Məlekinin sözlərinə görə, hazırda qoyun əti 930-940 min riala (rəsmi məzənnə ilə 22,1-22,3 dollar, qara bazar məzənnəsi ilə 7,88-7,96 dollar) mağazalara verilir və 1,03-1,05 milyon riala (rəsmi məzənnə ilə 24,5-25 dollar, qara bazar məzənnəsi ilə 8,72-8,89 dollar) istehlakçılara satılır.