Vladimir Putin Fransaya səfər edəcək


Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Fransaya səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib ki, bir günlük səfər çərçivəsində Rusiya prezidenti fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

“Müzakirə olunacaq mövzular aydındır. Rusiya və Fransa arasında ikitərəfli əməkdaşlıq və beynəlxlaq məsələlər, təbii ki, Ukrayna məsələsi və Normandiya formatında danışıqların davam etdirilməsi perspektivləri müzakirə olunacaq”, - deyə Peskov bildirib.