Böyük Britaniyanın hərbi gəmisi Fars körfəzinə yola düşdü


Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “HMS Kent” freqatı Fars körfəzinə yola düşüb.

Trend-in məlumatına görə, bölgədə “HMS Duncan” gəmisini əvəz edəcək.

“HMS Kent” ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.

Bundan başqa, freqat Hörmüz boğazından keçən Böyük Britaniya gəmilərini müşayiət edəcək.