İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Küveyt əmiri Sabah Əl Əhməd Əl Cabər Əs Sabahla görüşü ləğv edilib.
Axar.az xəbər verir ki, görüşün ləğv olunmasına səbəb 90 yaşlı əmirin xəstə olmasıdlr.
Zərif bu gün Küveyt şahzadəsi Nəvaf Əl Cabər Əs Sabahla görüşüb. Şahzadə bildirib ki, əmir görüşmək istəyib, amma səhhəti imkan verməyib.