Türkiyədə FETÖ ilə bağlı daha 23 nəfər saxlanıldı


Türkiyə hüquq mühafizə orqanları Adana şəhərində PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

Adana prokurorluğunun Daxili İşlər İdarəsi ilə Terrorçuluğa və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat nəticəsində FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 23 nəfər saxlanılıb. Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər. Onların evlərində axtarış apararkən təşkilata aid bir sıra sənədlər və video materiallar da ələ keçirilib.