Türkiyə Mədəniyyət nazirinin müavini yol qəzasında ölüb.
APA -nın Türkiyə bürosunun məlumatına görə, “Malazgirt 1070” zəfəri ilə əlaqədar keçiriləın tədbirdə iştirak etmək üçün Van vilayətinə gedən professor Haluk Dursun Erciş rayonunda baş verən yol qəzasında dünyasını dəyişib.
Qəzada avtomobilin sürücüsü, nazir müavininin köməkşisi ağır yaralaınb. H.Dursun isə xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, türkoloaq, tarixçi, professor Haluk Dursun 2018-ci ildən Mədəniyyət nazirinin müavini vəzifəsinə gətirilib. Haluk Dursun İstanbulun məşhur Topqapı Muzeyinin də direktoru vəzivəsini icra edib.