İrandan Şimali Koreyaya çağırış: ABŞ-a inanmayın


İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Koreya Xalq Demokratik Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşüb.

"RİA Novosti" xəbər verir ki, görüşdə A.Əraqçi Şimali Koreyadan olan nümayəndə heyətinə ABŞ-a inanmamağı tövsiyə edib.

"ABŞ Birgə Hərtərəfli Hərəkət Planından çıxanda olduğu kimi, Şimali Koreya ilə danışıqlarda da göstərdi ki, onlara etibar etmək olmaz", - XİN rəsmisi qeyd edib.

O, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Pxenyana səfər etmək planının olduğunu da deyib.