Rusiyada qərargahı partladan hərbçi barəsində qərar verildi


Rusiyada qərargahı partladan hərbçi barəsində hökm elan olunub.
"Kommersant" yazır ki, İrkutsk qarnizon hərbi məhkəməsi hərbçi Aleksandr Novikovu dələduzluğa görə beş il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, müqavilə ilə xidmət göstərən Rusiya hərbçisi Suriyadan qayıtdıqdan sonra komandanlığın diqqətini hərbi hissənin problemlərinə, o cümlədən hərbçilərin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiklərinə cəlb etmək istəyib.
A.Novikov içində partlayıcı qurğu olan çanta aşkar edib və mayın 25-də alayın qərargah binasının önündə partlayış törədib. Hadisə nəticəsində növbətçi köməkçisi xəsarət alıb, qərargahın binasına zərər dəyib.
Hərbçi əvvəlcə günahını etiraf etsə də, atası ilə danışdıqdan sonra Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının ona təzyiq göstərdiyini bildirərək, ilkin ifadəsindən imtina edib.