Ukraynada dəhşət: 8 nəfər uçan binanın altında qaldı


Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərində yaşayış binasının uçması nəticəsində 8 nəfər ölüb. APA -nın "UNİAN"-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bu gün səhər saatlarında xilasedicilər dağıntılar altından aralarında bir uşağın da olduğu səkkiz nəfərin cəsədini çıxarıblar.
Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, 5 uşaq da daxil olmaqla 7 nəfər xilas edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Binanın bütün sakinləri təxliyə edilib və onlara psixoloji yardım göstərilib.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam edir.

Xatırladaq ki, avqustun 28-i axşam saatlarında Lvov vilayətinin Droqobıç şəhərində dördmərtəbəli yaşayış binasında çökmə baş verib. Əvvəlcə Fövqəladə Hallar üzrə Dövlət Xidməti çöküşün qaz partlaması nəticəsində baş verdiyini, daha sonra bu versiyanın mümkün olmadığını bildirib. "Lvovgaz" şirkəti də qaz partlamasının yüksək mərtəbəli binanın çökməsinə səbəb ola biləcəyini təkzib edib.
Droqobıçda avqustun 29-30-u matəm günləri elan edilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Droqobıç faciəsindən sonra ölkədəki bütün yaşayış binalarının yoxlanılmasının lazım olduğun bəyan edib.