Ukraynada yeni çağırış Ali Rada işə başladı


Ukraynada doqquzuncu çağırış Ali Radanın təntənəli iclası başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclası parlamentin bundan əvvəlki çağırışının spikeri Andrey Parubi açıb.

Deputatlar Ukraynaya sədaqət andı içiblər. Andın mətnini ənənə üzrə ən yaşlı deputat – “Həyat uğrunda müxalifət platforması”nın 78 yaşlı təmsilçisi Yuliya İoffe oxuyub.

Təntənəli iclasda dövlət başçısı Vladimir Zelenski, Baş Nazir Vladimir Qroysman və hökumət üzvləri, habelə Viktor Yanukoviç istisna olmaqla, Ukraynanın bütün sabiq prezidentləri və parlament sədrləri, AŞPA-nın, Avropa Parlamentinin, ATƏT Parlament Assambleyasının nümayəndələri iştirak edirlər.