Ukrayna baş prokuroru istefa verdi

Ukraynanın Baş prokuroru Yuri Luçenko istefa ərizəsi yazıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan Tvitter hesabında məlumat yayıb. “Yuri Luçenko onu baş prokuror vəzifəsindən azad etməsi üçün Prezident Vladimir Zelenskinin adına ərizə yazıb”, - Sarqan bildirib.

Qeyd edək ki, Yuri Luçenko 2016-cı ildən Ukraynanın baş prokuroru vəzifəsini daşıyır.