Pakistan "Qəznəvi" ballistik raketini sınaqdan keçirdi


Pakistan Silahlı Qüvvələri (SQ) "Qəznəvi" ballistik raketini sınaqdan keçirib.

TASS-ın xəbərinə görə, bu barədə SQ-nin nümayəndəsi general-mayor Asif Qafur "Twitter" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, "Qəznəvi" raketinin sınaq buraxılışı avqustun 28-dən 29-na keçən gecə həyata keçirilib:

"Raket müxtəlif növ döyüş başlıqlarını daşımaq iqtidarındadır və o, 290 kilometr məsafəyədək uça bilir. Ölkə Prezidenti və Baş naziri keçirilmiş uğurlu sınağa görə hərbçilərə və millətə təşəkkür ediblər".