Rusiyada təyyarə məcburi eniş etdi: Ölənlər var

Yakutiyada An-2 təyyarəsinin tayqada məcburi eniş etməsi nəticəsində iki nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, məcburi eniş zamanı təyyarənin göyərtəsində yeddi nəfər olub. Qəza nəticəsində, həmçinin beş nəfər yaralanıb. Yaralılar Yakutiyaya göndərilib.

Hadisə Silyan-Küel ərazisində baş verib. İlkin məlumata görə, enişə qatı duman səbəb olub.