Avstraliyadan gələn son xəbər ölkədə və dünyada böyük reaksiyalara səbəb olub. İddiaya görə, Qocalar evinə yatırılan 83 yaşlı kişi arvadına, "Burası qorxunc bir yerdir, siz getdikdən sonra mənə baxmırlar" deyə yalvarmasından sonra dəhşət yaşayıb.
Arvadı onu son ziyarəti zamanı xarici görünüşündən iyrəndiyini və görüşmək istəmədiyini söyləyib.
Qocalar evinin sözçüsü qalmaqala səbəb olan hadisənin ciddi olduğunu və bunu bir müddət ictimaiyyətdən gizləməyə çalışdıqlarını etiraf edib.
Sherg.az xarici media istinadən xəbər verir ki, dünya ictimaiyyəti indi Qocalar evində yaşanan insanlığa sığmayan hadisədən danışır. Ailəsinə yanından ayrılmamaları üçün yalvardıqdan cəmi 10 gün sonra qulaq xərçəngi olan Bay Callaghan, Hopewell xəstəxanasında ölüb. "The Daily Telegrapha" danışan talesiz adamın həyat yoldaşı Fay "Ona baxmaq üçün asan bir adam deyildi, çox ağrılar çəkirdi və qulaq xərçəngi ilə mücadilə edirdi. Onu son ziyarətə gəldiyim zaman qulaqlarından qurdlar çıxırdı." deyib. Qadın həmin ziyarət zamanı ərindən iyrəndiyini etiraf edib.