Qazaxıstanın aviaşirkətləri 2031-ci ilədək 57 təyyarə alacaq



Qazaxıstan aviaşirkətlərinin 2031-ci ilədək 57 təyyarəyə ehtiyacı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnfrastruktur İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi sədrinin müavini Janibek Tayjanov bildirib.

Qazaxıstanın “Air Astana”, “Fly Arystan” və “Scat” kimi aviaşirkətlər 2031-ci ilə qədər ölkədaxili hava məkanı üçün əlavə 57 təyyarə almağı planlaşdırır.

Bu ölkənin “BekAir” şirkəti öz donanmasını “MS-21” təyyarələri ilə yeniləməyi planlaşdırdığını açıqlayıb. Bu da yalnız 2027-ci ildən sonra baş verəcək.