İndoneziyanın keçmiş prezidenti vəfat edib



İndoneziyanın keçmiş prezidenti Buxaruddin Yusuf Həbibi 83 yaşında vəfat edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sentyabrın 1-də Həbibinin səhhəti pisləşib. Bundan sonra, o, Cakartadakı hərbi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, aviasiya mühəndisi olan Həbibi, sələfi Məhəmməd Suxartonun istefasından sonra 1998-ci ilin mayından 1999-cu ilin oktyabrına qədər İndoneziyanın üçüncü prezidenti olub.