Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-3” anti-terror əməliyyatı zamanı PKK terror təşkilatının yeddi üzvü zərərsizləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Haftanin bölgəsində keçirilən əməliyyat nəticəsində terrorçulara aid sığınacaqlar məhv edilib.