Mərhum devrilmiş prezident dəfn edildi


Tunisin devrilmiş prezidenti Zeynəl Abidin Bin Əli Səudiyyə Ərəbistanının Ciddə şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Lent.az -ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mərhum prezident Mədinədəki “Məscid-i Nəbəvi”də cənazə namazından sonra Cənnətül Baki məzarlığında dəfn olunub. Səudiyyə Ərəbistanında yaşayan və Bin Əlinin kürəkəni Kərim Əl-Qarbi, Bin Əlinin Tunisdə basdırılmamağı vəsiyyət etdiyini bildirib.
Xatırladaq ki, bir həftə öncə səhhətində yaranan problemlərlə xəstəxanaya yeləşdirilən Zeynəl Abidin Bin Əli cümə axşamı vəfat edib. O, 14 yanvar 2011-ci ildə baş verən üsyan nəticəsində hakimiyyəti buraxaraq Səudiyyə Ərəbistanında yaşamağa başlayıb.