ABŞ və Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaqla beynəlxalq qaydaları pozublar.
Axar.az xəbər verir ki, bunu Suriya Xarici İşlər naziri Valid Müəllim BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O, Dəməşqin icazəsi olmadan Suriya ərazisində olan bütün xarici qoşunların ölkəni tərk etməsi gərəkdiyini bildirib:
“Bizim icazəmiz olmadan ərazimizdə mövcud olan xarici qüvvələrin hamısı işğalçıdır və ölkəni dərhal tərk etməlidirlər. Əgər onlar bundan imtina etsələr, biz istənilən əks tədbir görmək haqqına sahibik”.