Rusiyada Pələnglərin Bayramı qeyd olunur 


Bayram tədbirlərindən əvvəl Vladivostokda yürüş başlayıb


İyirmi ildir ki, Rusiyada hər il sentyabrın sonuncu həftəsinin bazar günü Pələng Günü kimi qeyd edilir.

Xəbəri “Rossiyskaya qazeta” yazıb.

Şəhərin mərkəzi meydanında müsabiqələr, sərgilər, gəzintilər, yarmarka və konsertlər keçirilir. Bundan başqa, hər kəs akvaqrimin köməyi ilə özünü pələng görkəminə sala bilər. (aznews.az)

Bayram tədbirlərindən əvvəl Vladivostokda “Pələnglərin yürüşü" başlayıb. Minlərlə adam Amur pələngi geyimində Okean prospektindən keçiblər.

Bayramın keçirilməsində əsas məqsəd pişikkimilər ailəsindən olan bu nadir heyvan növünün qorunmasına diqqət çəkməkdir.