İran açıqladı: ABŞ bizə 50 milyard versin ki...


ABŞ Tehrana 50 milyard dollar ödəməlidir ki, nüvə razılaşmasını reallaşdıra bilək.

"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, bunu İranın ali dini lideri yanında Məsləhət Şurasının katibi Möhsün Rezai deyib. O, ABŞ-ın sanksiyalarla İranın ticarət əlaqələrini dağıtmağa və onu blokadaya almağa çalışdığını bildirib.

Rezayinin sözlərinə görə, Səusiyyə Ərəbistanı biabır olmamaq üçün obyektlərinə zərbə vuran husiləri deyil, İranı ittiham edir.