Culian Assanja həbsxanada fiziki və mənəvi işgəncələr verilir.
“The Independent” xəbər verir ki, bunu Assanjın atası Con Şipton bildirib.
Onun sözlərinə görə, sonuncu görüşləri zamanı oğlu nervlənirdi və titrəyirdi.
Məhkumun atası Britaniya hökümətini və prokurorluğunu hüquq pozuntularında günahkar bilir və oğlunun ölkənin ən qəddar türməsində saxlanılmasına etirazını bildirib.