Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində Sebastian Kurtsun rəhbərlik etdiyi “Avstriya Xalq Partiyası” qalib gəlib.
Bu barədə Daxili İşlər Nazirliyinə istinadən “RİA Novosti” xəbər verir.
“Avstriya Xalq Partiyası” 38,4%, “Avstriya Sosial-Demokratlar Partiyası” 21,5%, milliyətçi “Avstriya Azadlıq Partiyası” isə 17,3% səs toplayıb.
Mümkün koalisiya ilə bağlı bir sualı cavablandıran Kurts, parlamentdə təmsil olunan bütün partiyalarla danışıqlar aparmağa hazır olduğunu bildirib.
O, partiyanın yaxşı bir nəticə əldə edəcəyinə ümid etdiyini, lakin bu qədər yüksək faiz toplayacağını gözləmədiyini qeyd edib.
Xatırladaq ki, Sebastian Kurts 2017-ci ildə 31 yaşında ilk dəfə baş nazir seçilib və o zaman vəzifədə olan ən cavan baş nazir olub.