Vəliəhddən xəbərdarlıq: "Neft elə bir qiymətə qalxacaq ki..."

Dünya ictimaiyyəti İranın qarşısını almaq üçün gərək qəti addımlar atsın.

Axar.az xəbər verir ki, bunu CBS-ə müsahibəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman deyib. Onun sözlərinə görə, İranla bağlı eskalasiya neft qiymətlərinin misli görünməmiş həddə qalxmasına gətirib çıxara bilər:

“Regionda enerji daşıyıcı ehtiyatlarının 30%-i, ticarət axınlarının 20%-i, eləcə də dünyanın ümumdaxili məhsulunun 4%-i cəmləşib. Bunlar dayanarsa, nə baş verəcəyini təsəvvür edirsinizmi? Bu, dünya iqtisadiyyatının tam çöküşü anlamına gələcək. Əgər dünya İranın qarşısını almaq üçün qəti addımlar atmasa, biz gələcək toqquşmaları müşahidə edəcəyik ki, bu da dünyanın maraqlarına təhdid yaradacaq. Neft tədarükü dayanacaq, neft qiymətləri bizim indiyə qədər görmədiyimiz həddə qalxacaq”.