PKK-nın terror aktı törətmək məqsədilə Türkiyəyə daxil olduğu bildirilən iki üzvü saxlanılıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumatda saxlanılan şəxslərin ölkə ərazisinə Suriyadan daxil olduqları bildirilir. Ələ keçirilən terrorçular aidiyyəti qurumlara təhvil veriliblər.