İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun 5 il müddətinə azadlıqdan məhrum edilib.
« Sherg.az» «Lefigaro.fr »ə istinadən xəbər verir ki, o, həmin müddət ərzində qapalı rejimdə saxlanılacaq. Bu barədə İranın rəsmi mənbələrindən məlumat verilib. Xəbərdə deyilir ki, İran prezidentinin qardaşı rüşvətxorluqda ittiham olunur.
Bu ölkənin məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Esmaili məlumat verib ki, H.Fereydun aldığı rüşvəti geri qaytaracaq
Qeyd edək ki, 2017-ci ildə Həsən Ruhaninin qardaşı və eyni zamanda onun keçmiş xüsusi müşaviri olan Hüseyn Fereydunun adı müxtəlif rüşvət hallarında çəkildiyi üçün saxlanılıb. Yerli medianın yazdığına görə, o, 9, 3milyon dollar yeyintidə ittiham olunur.
Məlumat üçün bildirək ki, Həsən Ruhani qardaşı ilə eyni soyadı daşımır, çünki Həsən Ruhani lap gənc yaşlarından soyadını dəyişib.