ABŞ-da II Dünya Müharibəsinin təyyarəsi qəzaya uğradı: 7 nəfər öldü 


ABŞ-ın Bradley beynəlxalq hava limanında II Dünya Müharibəsi dövrünə aid qırıcı təyyarənin qəzaya uğraması nəticəsində ən azı yeddi nəfər ölüb.

Federal Aviasiya Administrasiyasından (FAA) verilən məlumata görə, “Boeing B-17” təyyarəsi uçuş-enmə zolağının sonunda yerə enmək istəyərkən havaya tüstü buraxaraq qəzaya uğrayıb.

Rəsmilərin verdiyi açıqlamaya görə, təyyarədə 10 nəfər sərnişin və üç heyət üzvü olub. Qəza zamanı təyyarədə olan 13 nəfər və yerdəki bir nəfər hava limanı işçisi də daxil olmaqla, ümumilikdə 14 nəfər yaralanıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Yaralıların bir neçəsinə hadisə yerində ilkin tibbi yardım göstərilib.

7 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Vəziyyəti ağır olan yaralılar isə xəstəxanaya yerləşdirilib.