Avropa İttifaqına üzv ölkələrdə sığınacaq alan ermənilər kütləvi şəkildə geri qaytarılırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Joxovurd” nəşri yazıb. Məlumata görə, deportasiya edilən ermənilər qanunsuz miqrantlardır.
Vəziyyətlə tanış olan mənbə deyib ki, 2017-ci ildə 1470 erməni Ermənistana göndərilib. 2018-ci ildə 2030 erməni Avropadan deportasiya olunub.
Ümumilikdə 2018-2019-cu ildə 46 min 945 erməninin Avropa ərazisindən çıxarılıb Ermənistana göndərilməsi üçün Avropa İttifaqı ölkələri tərəfindən məsələ qaldırılıb.